“Günəşli” yatağında 2 quyunun tikintisi başa çatıb

“Günəşli” yatağında 2 quyunun tikintisi başa çatıb
SOCAR-AQŞ "Günəşli" yatağındakı 13 saylı Dərin Dəniz Stasionar Özülündən 80 və 11 saylı Dərin Dəniz Stasionar Özülündən 56 nömrəli quyularda qazma işlərini vaxtından əvvəl başa çatdırıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qala-2 lay dəstəsinə qazılın 56 nömrəli quyunun layihə dərinliyi 3750 metr, 80 nömrəli quyunun layihə dərinliyi isə 4100 metrdir.

Qeyd edək ki, Qala-2 lay dəstəsinin kəsilişinin qranulometrik və mineraloji tərkibini, kollektor xüsusiyyətlərini, neft-qaz doyumluluğunu dəqiqləşdirmək məqsədilə hər iki quyudan kern nümunələri götürülmüş və öyrənilmək üçün "28 May" NQÇİ-yə təhvil verib. Hazırda SOCAR-AQŞ 13 saylı özüldə 312 saylı quyuda tikinti işlərini tamamlamaq üzrədir. Quyular "28 May" NQÇİ-nin sifarişi ilə qazılır.

Bütün xəbərlər Facebook səhifəmizdə