Gürcüstan tərəfi bu layihədə məsuliyyət daşıyır AÇIQLAMA

Gürcüstan tərəfi bu layihədə məsuliyyət daşıyır AÇIQLAMA

"Bakı-Subsa neft kəməri beynəlxalq kəmər olduğu üçün beynəlxalq qanunlarla qorunur". Bu sözləri SİA - ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, kəmərin ərazisində baş verən hər bir dəyişikliyə görə, Gürcüstan tərəfi məsuliyyət daşıyır: "Bakı-Subsa neft kəmərinin çəkilişi zamanı Gürcüstan Respublikası ilə birgə müvafiq sənədlər hazırlanaraq layihə həyata keçirilib. Bu gün Cənubi Asetiya “Respublikası” öz sərhədlərini dəyişməklə Bakı-Subsa neft kəmərinin bir hissəsi onların nəzarəti altına düşür. Həmin ərazinin təhlükəsizliyinin təminatı üçün Tiblisinin məsuliyyəti daha çoxdur. Bu layihədə iştirak edən hər bir tərəf kəmərin təhlükəsizliyinin təmin olunmasına maraqlı olduqları üçün, beynəlxalq qanunlar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər.

Azərbaycan Respublikası istər Rusiya, istərsə də Qərb ilə münasibətlərini daha da inkişaf etdirməyə hazır olduğunu bildirir. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Cənab Vladimir Putinin görüşü ölkəmizin mövqeyini bir daha ortaya qoydu. Azərbaycan və Rusiya Prezidentlərinin görüşü Ermənistanı ciddi narahat etməyə başlayır.

Bakı-Subsa neft kəmərinin mühafizəsi beynəlxalq qanunlar çərçivəsində qorunduğu üçün təxribatın reallaşması gözlənilən deyil".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə