Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə birgə “Məlumatların yayımlanmasının ümumi standartları” mövzusunda seminar keçirir

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə birgə “Məlumatların yayımlanmasının ümumi standartları” mövzusunda seminar keçirir
Beynəlxalq Valyuta Fondu (BVF) statistik məlumatların yayılmasının xüsusi standartlarına (SDDS) cavab verməkdə maraqlı olan ölkələr üçün seminarlar təşkil edir. SİA-nın məlumatına görə, növbəti belə seminarlardan biri Azərbaycan hökuməti ilə müştərək olaraq həyata keçirilir. Sentyabrın 21-23 tarixlərində "Məlumatların yayımlanmasının ümumi standartları" (GDDS) mövzusunda keçirilən seminara Yaxın Şərq və Orta Asiyadan olan mütəxəssislər, o cümlədən, Mərkəzi Bankın Statistika departamentinin əməkdaşları dəvət olunub. Seminarın keçirilməsində əsas məqsəd iştirakçılara Məlumatların Yayılmasının Xüsusi Standartları barədə bilgiləndirmək, mövcud GDDS sistemindən SDDS standartlarına keçid üçün fəaliyyət proqramlarını hazırlamağı öyrətməkdir. Onu da qeyd edək ki, üç gün davam edəcək seminarda iştirakçılar BVF-nin nümayəndə heyəti ilə də müzakirələr aparmaq imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə