Qızıl qiymət rekordlarını təzələməkdədir

Qızıl qiymət rekordlarını təzələməkdədir
Dünya bazarında qızılın qiyməti rekordlarını təzələməkdədir. SİA-nın məlumatına görə, ötən gün Nyu-Yorkun əmtəə birjasında qızılın bir unsiyaya görə qiyməti 6.90 dollar və ya 0.5 faiz artaraq 1287.70 olub. Ötən gün dünya bazarında gümüşün qiyməti aşağı düşüb. Gümüşün bir unsiyaya görə qiyməti 0.8 faiz aşağı düşərək 20.640 dollar olub.

Bundan əlavə, platinin və palladiumun da qiyməti aşağı düşüb. Belə ki, platinin bir unsiyaya görə qiyməti 20.20 dollar və ya 1.2 faiz ucuzlaşaraq 1611.80, palladiumun bir unsiyaya görə qiyməti isə 11.80 dollar və ya 2.2 faiz aşağı düşərək 530.05 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə