Bakı Biznes Məktəbi dinləyicilərin qəbuluna başlayıb

Bakı Biznes Məktəbi dinləyicilərin qəbuluna başlayıb
Bakı Biznes Məktəbi (Baku Business School) kredit mütəxəssislərinin hazırlanması təlimlərinə dinləyicilərin qəbuluna başlayıb. Bakı Biznes Məktəbinin koordinatoru Fərid Əzimovun SİA-ya verdiyi xəbərə görə, layihə, bankçılıq sahəsində əlavə təhsil almaq istəyən aktiv insanlar üçün nəzərdə tutulub.

Bir ay müddətinə aparılacaq tədris proqramında üç həftə nəzəriyyə tədris olunacaq, bir həftə isə təcrübə keçirilir. Tədris proqramının sonunda imtahan təşkil olunur. Dərslər həftədə beş dəfə keçirilir. Tədris proqramının sonunda keçirilən imtahanlarda müvəffəqiyyət qazanan dinləyicilər bir sıra ölkə banklarında işlə təmin olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə