FED baza uçot dərəcəsini illik 1-1,25 faiz səviyyəsində saxlayıb

FED baza uçot dərəcəsini illik 1-1,25 faiz səviyyəsində saxlayıb

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclası keçirilib. RİA Novosti agentliyinin təşkilatın pres-relizinə istinadla yaydığı məlumata görə, iclasın yekunlarına əsasən, FED baza uçot dərəcəsini illik 1-1,25 faiz səviyyəsində sabit saxlayıb.

Xatırladaq ki, FED 2017-ci ildə uçot dərəcəsini iki dəfə - martda illik 0,75 faizədək, iyunda isə 1,25 faizədək artırmışdı. Federal Ehtiyatlar Sistemi rəsmilərinin açıqlamasında bildirilir ki, 4,5 trilyon dollara qədər artan maliyyə balansının azaldılmasına yaxın vaxtlarda başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə