Gürcüstan kəmərin təhlükəsizliyinə birbaşa məsulliyətli olan ölkədir AÇIQLAMA
“Bakı-Supsa neft kəməri starteji və əhəmiyyətli kəmərdir. Bu kəmər, Azərbaycan neftini dünya bazarına çıxarılmasını təmin edir”. Bu sözləri SİA – ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu kəmər dünya ölkələrinin marağında olan kəmərdir: "Bu kəmər vasitəsilə Azərbaycan, neftini Avropa bazarına çıxarır. Bu baxımdan kəmərin təhlükəsizliyi vacib məsələlərdəndir, tərəflərin öhdəliyi olmalıdır. Gürcüstan burda tranzit ölkədir və tranzit haqqı alır. Gürcüstan kəmərin təhlükəsizliyinə birbaşa məsulliyətli olan ölkədir. Bu məsələ Gürcüstandan asılı deyil və sözügedən qondarma Respublikaya faktiki olaraq nəzarət edə bilmir. Gürcüstandakı qondarma Cənubi Osetiya “Respublikası”nın öz sərhədlərini irəli çəkməsi Bakı-Supsa neft kəmərinin bir hissəsi nəzarəti altına düşməsi ciddi məsələdir.
Çünki müstəqilliklərini elan etdikdən sonra birbaşa olaraq Rusiya dövlətindən dəstək alırlar. Bu məsələdə tərəflərin həm regionda həm də regiondan kənar dövlətlərin müzakirəsi nəticəsində kəmərin təhlükəsizliyinə zəmanətin verilməsinə ehtiyac var. Nəzərə alsaq ki, xüsusilə də Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan mavi qazın 2018-ci ilin ikinci yarısından etibarən Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. Bu baxımdan vacibdir ki, kəmərlərin təhlükəsizliyinə zəmanət verilsin və bu gələcək təşəbbüslərin reallaşması baxımından daha uğura səbəb olar. Layihədə iştirak edən dövlərin həmçinin regionda güclü olan dövlətin bir araya gəlməsi və xüsusi təhlükəsizliklə bağlı zəmanət mexanizminin hazırlanması daha məqsədəuyğundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB