Gəncədə “Sahibkarlığın İnkişafı: Əldə edilən nailiyyətlər və prespektivlər” mövzusunda regional konfrans keçirilib

Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə "Sahibkarlığın İnkişafı: Əldə edilən nailiyyətlər və prespektivlər" mövzusunda regional konfrans keçirilib. Tədbirdə nazirliyin rəsmiləri ilə yanaşı İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Milli Emlər Akademiyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının və digər qurumların nümayəndələri iştirak ediblər.

SİA-nın qərb bürosu xəbər verir ki, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək bildirib ki, ölkədə siyasi sabitlik iqtisadi inkşafa təkan verib. Bu gün Azərbaycanda özəl bölmənin yaradılması, sahibkalar təbəqəsinin formalaşması bir daha sahibkarlığa göstərilən qayğının bariz nümunələrindəndir.

Nazir mavininin sözlərinə görə, dövlət tərəfindən iş adamlarına hərtərəfli şəraitin yaradılması qeydə alınan statistik rəqəmlərdə də özünü biruzə verir.

Konfransda bölgələrdə iş adamlarının fəaliyyəti geniş təhlil olunub. Konfransda diqqət çəkən əsas faktlardan biri də bölgələrdə sahibkarlıqla məğul olan şəxslərin sayının artırılması istiqamətində alimlərin də köməyindən istifadə olunmasıdır.

Niyazi Səfərov da ailmələrin bugünkü konfransda iştirak etməsinin bir daha gələcəkdə ölkənin iqtisadi potensialının gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyt daşıdığını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...