Qızıl və gümüş bahalaşıb
Bu gün qızılın və gümüşün qiyməti artıb, platinin qiymətində isə ucuzlaşma müşahidə olunub. SİA-nın məlumatına görə, 9:30-a olan xəbərdə qızılın unsiyasına görə qiyməti 1282.28 dollar, gümüşün unsiyasına görə qiyməti 20.91 dollar, platinin unsiyasına görə qiyməti isə 1619.6 dollar təşkil edib.

Qeyd edək ki, sentyabrın 17-də qiymətli metalların qiymətində ucuzlaşma müşahidə olunmuşdu. Belə ki, Nyu-Yorkds qızılın bir unsiyaya görə qiyməti 1275.7 dollar, gümüşün bir unsiyaya görə qiyməti 20.76 dollar olub. Platinin qiymətinə gəlincə isə həmin gün platinin qiyməti 1623 dollar müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə