ARDNŞ cari ilin avqust ayında dövlət büdcəsinə 104 milyon 277 min manat vəsait ödəyib

ARDNŞ cari ilin avqust ayında dövlət büdcəsinə 104 milyon 277 min manat vəsait ödəyib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin avqust ayında dövlət büdcəsinə 104 milyon 277 min manat vəsait ödəyib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici 2009-cu ilin avqust ayı ilə müqayisədə 6 milyon 8 min manat və ya 106,1 faiz çox olub.

Beləliklə, 2010-cu ilin yanvar-avqust aylarında büdcəyə 707 milyon 176 min manat ödənib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 112 milyon 471 min manat və ya 118,9 faiz çox olub. Bundan başqa, cari ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 73 min manat vəsait köçürüb ki, bu da ötən ilin avqust ayına nisbətən 3 milyon 114 min manat (134,8 faiz) çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 85 milyon 186 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 832 min manat (121,1 faiz) çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə