ARDNŞ-in avtonəqliyyat vasitələrinə ekoloji stikerlər vurulub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin və struktur bölmə rəhbərlərinin avtonəqliyyat vasitələri Ekologiya İdarəsinin Ekoloji Ölcmə Mərkəzinin əməkdaşları tərəfindən "starqaz"-898 tipli mobil avadanlıq vasitəsilə ekoloji müayinədən keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk olaraq şirkət rəhbərliyinin xidməti avtonəqliyyat vasitələri, növbəti mərhələdə isə Şirkətin digər strukturlarının xidməti avtomobilləri yoxlanılıb. Azərbaycan Respublikasında quvvədə olan mövcud standart normalara uyğun gələn nəqliyyat vasitələrinə müvafiq qaydada ekoloji nişan adlanan stikerlər vurulub.
Qeyd edək ki, müayinə ekoloji nişanın və nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi qaydalarının təsdiq edilməsi barədə ARDNŞ prezidentinin müvafiq əmrinin icrasına və Ekologiya İdarəsinin iş planına uyğun olaraq həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB