Avronun düşüb qalxmasına səbəb nədir?

Avronun düşüb qalxmasına səbəb nədir?

İnvestorlar Avropa Mərkəzi Bankının gələn həftə keçirəcəyi iclasını səbirsizliklə gözləyirlər. Bununla əlaqədar olaraq Avro düşüb-qalxır.

Bu həftə treyderlər və investorlar, Fed sədri Janet Yellenin Çərşənbə günü Vaşinqtonda Konqresdə təqdim edəcəyi yarımillik pul siyasəti hesabatına fokuslanıblar.

Avropa Mərkəzi Bankının 20 iyulda keçirəcəyi toplantı isə, ortamüddətli hərəkətləri sürətləndirir. Bundan əvvəl Avro bölgəsinin pul siyasətini müəyyən edən şəxslər bildiriblər ki, iqtisadiyyatın sabit inkişafı qorumaq üçün pul siyasəti məsələsində səbrli olmaq lazımdır. Avropa Mərkəzi Bankının İdarə Heyətinin gələn həftəki toplantısında buna oxşar və ya daha "şahin" bir mövqe nümayiş etdirəcəyi qeyri-müəyyəndir. Bu qeyri-müəyyənlik də məzənnənin düşüb-qalxmasına səbəb olur və treyderlərin hed xərclərini artırır.

Bloomberg-in proqnozlarına görə, Yellenin iki günlük açıqlamaları ərzində Avro/dollar məzənnəsinin 1.1290-1.1450 dollar aralığında ticarət olunacağına 33 faiz ehtimal verilir. Avropa Mərkəzi Bankının iclasının ardından Avronun bu dəhlizdən kənara çıxacağına isə 50 faiz ehtimal verilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə