Ana 3 körpə uşağını atıb, qaçdı

Ana 3 körpə uşağını atıb, qaçdı

İnsan nə qədər mənəviyyatını öz mənasız arzularına qurban verə bilər ki, 3 körpə uşağı atıb kiməsə qoşulub getsin. SİA-nın məlumatına görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədr müavini Vasif Akifli deyib. Onun sözlərinə görə, bu azmış kimi getdiyi "kişinin" şəklinidə uşaqların əlindəki çantaya qoya.Təşəkkür ediləsi işmiş kimi. 01.07.2017 ci il tarixdə 3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb.Bakı şəhəri,Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi,Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilən 3 körpənin hüquqi və psixoloji reabilitasiyası rəsmi aktla bizə verildi.Uşaqlar bu gündən qida,tibbi müayinə,yaşayış yeri və geyimlə təmin ediləcək. Uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə