Cari ilin 5 ayında ölkədə 739,8 milyon ədəd yumurta istehlakçılara təqdim edilib. SİA xəbər verir ki, yumurta istehsalı 6,5 faiz artıb.
Dövlət Statistika Komitəsinin rəqəmləri göstərir ki, yumurtanın qiyməti aprel ayı ilə müqayisədə 1,5 faiz ucuzlaşıb. Əvəzində 2016-cı ilin may ayı ilə müqayisədə 10,6 faiz bahalaşıb.
Qeyd edək ki, hazırda broyler şirkətlərinə məxsus yumurta 14 qəpik, kənd yumurtası isə 20-25 qəpik təşkil edir.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB