Daha bir yataqda seysmik işlərə başlanıldı

Daha bir yataqda seysmik işlərə başlanıldı

SOCAR-ın "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İdarəsi "Səngəçal dəniz-Duvannı dəniz - Xərə-Zirə" yatağında 2D seysmik işləri aparır. SOCAR-dan SİA-ya verilən məlumata görə, yatağın qalıq ehtiyatlarının müəyyənləşdirilməsi, tektonikasının və geoloji quruluşunun dəqiqləşdirilməsi, yeni modelinin qurulması, eləcə də karbohidrogenlərin yayılma arealının proqnozlaşdırılması məqsədi ilə aparılan seysmik işlərə mart ayında start verilib.

Ümumilikdə 380 xətti kilometr həcmində işlərin 300 xətti kilometrlik hissəsi artıq görülüb. Çöl işlərinin avqust ayında yekunlaşdırılması planlaşdırılır. Əldə ediləcək materiallar "Kəşfiyyatgeofizika" İdarəsi tərəfindən emal və interpretasiya olunacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə