Kulevi “Qara Dəniz Terminalı”nın ümumi yükdaşınma həcmi 6 milyon tona çatıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi "Qara Dəniz Terminalı" Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neftin və neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracını uğurla həyata keçirməkdə davam edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sentyabr ayında terminalın ümumi yükdaşınma həcmi 6 milyon tona catıb. Bu nailiyyət Terminalın fəaliyyəti dövründə beynəlxalq təhlükəsizlik standartlarına ciddi riayət etməsi, itkilərin qarşısının alınması ilə əlaqədar tədbirlərin görülməsi və müştərilərin razı qalması üçün standartlara əməl olunmasından irəli gəlir.
Qeyd edək ki, 2010-cu ilin 8 ayı ərzində Terminal vasitəsi ilə 2,4 min ton neft və neft məhsulları daşınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 % çoxdur. Bu gün də Kulevi "Qara Dəniz Terminalı" yük dövriyyəsinin həcminin artırılması istiqamətində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB