100 ən yaxşı aviaşirkətin adı açıqlandı

100 ən yaxşı aviaşirkətin adı açıqlandı

"Qatar Airways" aviaşirkəti yüz ən yaxşı aviadaşıyıcı arasında birinci yeri tutaraq "World Airline Awards" mükafatına layiq görülüb.

Qətər aviaşirkəti bir neçə nominasiyada, o cümlədən "Ən yaxşı biznes-klass" və "Yaxın Şərqin ən yaxşı aviaşirkəti" nominasiyalarında mükafat alıb. Şirkət ötənilki reytinqdə 2-ci yerdə qərarlaşıb.

Siyahıda ilk üçlükdə Sinqapurun "Singapore Airlines" və Yaponiyanın "All Nippon Airways" aviaşirkətləri yer alır.

Türkiyənin "Turkish Airlines" şirkərti 12-ci (ötən il 7-ci) , Rusiyanın "Aeroflot"u isə 30-cu yerdə (ötən il 40-cı) qərarlaşıb.

2016-cı ildə reytinqin lideri olmuş "Emirates" aviaşirkəti bu il 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, sonuncu yerdə Meksikanın "Aeromexico" aviaşirkəti qərarlaşıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə