Hərracda tələb təklifdən 3 dəfə çox olub

Hərracda tələb təklifdən 3 dəfə çox olub

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə bu gün keçirilən depozit hərracının nəticələrini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, depozit hərracında tələb 586,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib. Bununla da tələb təklifdən 2,9 dəfə çox olub.

Qeyd edək ki, bu gün keçiriləcək depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulurdu.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə