2017-ci ilin may ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13743 metr qazma işi həyata keçirilib. SOCAR-dan SİA-ya verilən məlumata görə, bu sahədə görülmüş işlərin 12277 metri istismara, 1466 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 63339 metr qazma işi görülübdür ki, bunun da 57896 metri istismara, 5443 metri isə kəşfiyyata aid olub.
2017-ci ilin may ayında qazmadan alınmış 7, il ərzində isə 30 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB