"Cənub qaz dəhlizi" yaradılmasıydı, qaz yataqlarının işlənməsi mümkün olmazdı AÇIQLAMA
“Şahdəniz 2”, “Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi”, TANAP və TAP layihələrinin daxil olduğu Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir. Bu dəhliz ilk dəfə olaraq Xəzərdəki ehtiyatları birbaşa Avropanın qaz bazarları ilə bağlayacaq. Perspektivdə bu layihəyə Qazaxıstan və Türkmənistanın da qoşulması planları var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, Azərbaycan öz tərəfdaşları ilə birgə 3600 km-lik bir infrastruktur yaratmaqla qarşısında duran əsas vəzifəni yerinə yetirmiş olur: “Xəzərin böyük qazının dünya bazarlarına çıxarılmasını təmin edir.
Əgər "Cənub qaz dəhlizi" yaradılmasıydı, onda Xəzərin ən böyük qaz yatağı olan Şahdəniz qazının nəinki ikinci mərhələsinə başlamaq, heç digər qaz yataqlarının işlənməsinə və kəşfiyyatına belə başlamaq mümkün olmazdı. Çünki bir məhsulu bazara çıxarmaq imkanı yoxdursa, onu hasil etməyin mənası yoxdur. Bu baxımdan 3 ixrac boru kəmərinin reallaşdırılaraq Xəzərin Avropa bazarı ilə birləşdirilməsi Azərbaycan və bu boru kəmərləri üzərində yerləşən tranzit ölkələri üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan öz qazını uzunmüddətli dövr üçün satmaq imkanı əldə edir, tranzit ölkələri daşımadan qazanırlar və istehlakçılar öz bazarlarını şaxələndirməklə enerji təhlükəsizliklərini təmin edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB