Rusiyada milli rəqəmsal valyuta yaradılır

Rusiyada milli rəqəmsal valyuta yaradılır

Rusiya Mərkəzi Bankı milli rəqəmsal valyutanın yaradılması üzərində işə başlayıb. Rusiya mətbuatına bu barədə Mərkəzi Bankın sədr müavini Olqa Skoroboqatova deyib.

"Dünyada dövlət və vətəndaşlar üçün təhlükəsiz maliyyə alətlərinə maraq artır. Mənə elə gəlir ki, yaxın iki-üç il ərzində bu mövzu çox fəal inkişaf edəcək. Biz hazırda bu mövzunun bütün müsbət və mənfi cəhətlərini araşdırırıq", - deyə bankın sədr müavini qeyd edib.

Rusiyada yaradılacaq rəqəmsal valyuta yeni texnologiyalar səviyyəsində pul vəsaitlərindən istifadə imkanı verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə