ABŞ Azərbaycanla əməkdaşlıq etmək istəyir AÇIQLAMA

ABŞ Azərbaycanla əməkdaşlıq etmək istəyir AÇIQLAMA

“D. Tramp ölkə başçısı İlham Əliyevə ünvanladığı məktubları ilə ABŞ-ın Azərbaycana münasibətini və baxışlarını ifadə etdi. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, birinci məktubda ABŞ prezdenti Azərbaycanın dövlət müstəqilliyinə böyük dəyər verdiyini bildirməklə ölkəmizlə hər bir sahədə əməkdaşlığa böyük önəm verdiyini bildirir: “Bu onu göstərir ki, ABŞ Azərbaycanda keçirilən islahatlara, ölkəmizin xarici və daxili siyasətinə böyük dəyər verir. Azərbaycan dünyada güclənən, nüfuzu artan ölkədir və belə qarışıq dünyada ABŞ prezidentinin bizə belə diqqətlə yanaşması bunu deməyə imkan verir. İkinci məktubda D. Tramp qeyd edir ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq etmək istəyir. Hər iki məktubdan belə bir nəticə çıxarmaq olar ki, ABŞ-la Azərbaycan arasında gələcək əməkdaşlıq üçün böyük potensial var və düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə müəyyən addımlar atılacaq. ABŞ Prezidenti ölkə başçısı İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə