Azərbaycan gələn ildən Rusiyaya qaz idxalını bir neçə dəfə artıra bilər

Azərbaycan gələn ildən Rusiyaya qaz idxalını bir neçə dəfə artıra bilər
Azərbaycan gələn ildən Rusiyaya qaz idxalını bir neçə dəfə artıra bilər. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Qazpromun" rəhbəri Aleksey Miller Rusiya prezidenti Dmitri Medvedevlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasındakı danışıqlardan sonra bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan gələcəkdə də qaz nəqlini artırmaq niyyətindədir: "İmzalanan unikal müqavilə qaz alışının yüksək həddini müəyyənləşdirmir. Baza razılaşması 500 mln. kubmetr qaz alınmasını nəzərdə tutur. Azərbaycan bunu 1 mlrd. kubmetrə çatdırmağı xahiş edib. bu gün imzalanan sənəd isə daha 2 dəfə artırılmanı nəzərdə tutur - 2011-ci ildə 2 mlrd. kubmetrə qədər, 2012-ci ildə isə 2 mlrd. kubmetrdən çox ola bilər"

Bütün xəbərlər Facebook səhifəmizdə