ARDNŞ son iki ayda “Azərikimya”nın maşın parkına 30-a yaxın müxtəlif markalı maşın verib

ARDNŞ son iki ayda “Azərikimya”nın maşın parkına 30-a yaxın müxtəlif markalı maşın verib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin maşın parkı bu günlərdə uç KAMAZ markalı yük maşını və iki operativ xidmət maşını ilə daha da genişlənib. Qurumunh mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Güclü və müasir sənaye sahəsinin güclü də xidmət sahələri, güclü texniki-maşın parkı olmalıdır" prinsipini əsas tutan ARDNŞ rəhbərliyi "Azərikimya"nın maddi-texniki bazasının gücləndirilməsinə, onun bütün istehsalat və nəqliyyat parkının müasir tələblər və standartlar səviyyəsində yenidən qurulmasına xüsusi diqqət və qayğı göstərir. Təkcə son iki ay ərzində İstehsalat Birliyinin Nəqliyyat İdarəsinin sərəncamına 30-a yaxın müxtəlif markalı və təyinatlı nəqliyyat vasitələri – yük maşınları, yükqaldırma kran-maşınları və xidməti maşınlar verilib. Hazırda idarənin maşın və xüsusi texnikasının ümumi sayı 135-ə çatdırılıb ki, bu da təkcə nəqliyyat işçilərinin deyil, eyni zamanda bilavasitə istehsalatda çalışan kimyaçıların da əməyini yüngülləşdirir, İB-də işin günün tələbləri səviyyəsində qurmağa imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə