ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib

ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin avqust ayında 18 min 261 ton avtomobil benzini, 157 min 581 ton dizel yanacağı, 8 min 704 ton təyyarə yanacağı ixrac edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumilikdə, 2010-cu ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini, 1 milyon 93 min 579 ton dizel yanacağı, 80 min 326 ton təyyarə yanacağı, 764 ton soba mazutu ixrac edilib.

2010-cu ilin avqust ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 682,92 dollar, təyyarə yanacağının – 683,99 dollar, dizel yanacağının – 645,50 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 459,51 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə