Maroş Şevçoviç: "Azərbaycanla görəcək işlərimiz hələ çoxdur"

Maroş Şevçoviç: "Azərbaycanla görəcək işlərimiz hələ çoxdur"

"Cənub Qaz Dəhlizi gələcəkdə Orta Asiyanın qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynaya bilər. Bizim birgə görülə biləcək işlərimiz hələ çoxdur". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) vitse-prezidenti Maroş Şevçoviç 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılışına videomüraciətində bildirib. O bildirib ki, enerji mənbələrinin artırılması istehlakçılarının mənafelərinə xidmət edir: "Təmiz enerji keçidi iqtisadi artım, iş yerlərinin artırılması üçün önəmlidir. Biz 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropanın Azərbaycan qazını alacağını gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə