Erkan Özoral: "28 May bütün türk dünyası üçün qürur günüdür"

Erkan Özoral: "28 May bütün türk dünyası üçün qürur günüdür"

"Bir daha pis günlər görməmək üçün bu tarixi günlər yaddaşlara həkk olunmalıdır". Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları, XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin yekunu kimi meydana çıxıb: "Azərbaycan Şərqdə qurulan ilk demokratik cümhuriyyət olaraq qızıl hərflərlə tarixin səhifələrinə yazılıb. Bu tarixi gün, Respublika günü münasibətilə qardaş və dost Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu, təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün qürur günüdür".

Erkan Özoral Şərqdə ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının gələn il 100 illiyinin tamam omasını xüsusi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə