''Darvin bankası”ndaki 740 saylı özüldə yenidənqurma işləri aparılır
''Darvin bankası" yatağında əlavə 8 quyunun qazılması üçün 740 saylı Stasionar Dəniz Özülündə yenidənqurma işləri aparılır. SOCAR-dan SİA-ya verilən məlumata görə, "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılıb, texnoloji xətlər çəkilibdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB