Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan Aİ-Azərbaycan Biznes Forumu 8 iyun 2017-ci il tarixində Bakıda keçiriləcəkdir. SİA-nın məlumatına görə, Aİ-Azərbaycan Biznes Forumunun əsas məqsədi Avropa və Azərbaycan şirkətləri arasında əlaqələrin yaradılmasına və inkişafına dəstək olmaqdır.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mård tədbir öncəsi bildirib ki, keçən ilki Forumun davamı olaraq, bu il baş tutacaq tədbir gələcək əməkdaşlıq çərçivəsində yarana biləcək çətinlikləri və fürsətləri vurğulayaraq, Aİ-Azərbaycan arasındakı biznes əlaqələrinə yenidən nəzər salmağa imkan yaradacaqdır.
Forum Avropa İttifaqı və Azərbaycandan olan 400-ə yaxın şirkət və dövlət qurumlarının yüksək səviyyəli nümayəndələrini bir günlük müzakirələr və B2B görüşlərdə bir araya gətirəcək. Panel müzakirələrin əsas mövzusunu davam etməkdə olan iqtisadi islahatlar, eləcə də Kənd təsərrüfatı və Ərzaq, Ətraf mühit üçün Texnologiyalar, Nəqliyyat və Logistika, İKT və E-ticarət kimi, Aİ və Azərbaycan şirkətlərinə fürsətlər təqdim edən iqtisadi sahələr təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB