"Heydər Əliyevin ideyaları ilə yeni strateji hədəflərə doğru” tədbir - SƏS TV

"Heydər Əliyevin ideyaları ilə yeni strateji hədəflərə doğru” tədbir - SƏS TV

"Azərenerji" ASC- də "Heydər Əliyevin ideyaları ilə yeni strateji hədəflərə doğru" adlı tədbir keçirilib. Tədbir Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94 – cü ildönümünə həsr olunub. SİA-nın məlumatına görə, tədbirdə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, millət vəkilləri, Müdafiə, təhlükəsizlik və korupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə və Milli Məclisin İnsan hüquqları və Mədəniyyət komitəsinin üzvü Əflatun Amaşov iştirak ediblər.

Tədbiri "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev açıq elan edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır: "Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər göstərib".

Sonra Milli Məclisin İnsan hüquqları və Mədəniyyət komitəsinin üzvü Əflatun Amaşov çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizin inkişafı üçün mühüm işlər görüb, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətləri var. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Ümummilli Lider Heydər Əliyevin bütün sahələrə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.

Müdafiə, təhlükəsizlik və korupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə çıxışı zamanı bildirib ki, Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir, dünyada layiqli yerini tutan və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan bu gün inkişaf edir, siyasi sabitliyi, tolerantlığı, özünəməxsus iqtisadi inkişafı ilə seçilir.

Sonda tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə