Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi yaxın vaxtlarda çatdırılacaq

Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi yaxın vaxtlarda çatdırılacaq

"Türkiyə, Bakı-Tiflis-Qars dəmir yolunun önəmini yaxşı başa düşür. Biz bu yolun Türkiyə ərazisində şaxələndirilməsi layihəsini də hazırlamışıq. Bu yolun İqdırdan keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birləşdirilməsi məsələsi də gündəmdədir."

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin İqtisadiyyat Nazirliyinin məsul işçisi Tayfun Kılıç söyləyib. O deyib: "Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisində son tamamlama işləri gedir. Yaxın vaxtlarda işlər başa çatdırılacaq və Bakı-Tiflis-Qars dəmir yolu tam istifadəyə veriləcək".

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihə ölkələrimizin iqtisadi inkişafında, xalqlarımızın rifah halının yaxşılaşmasında, dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə