Dollar banklarda neçəyədir?

Mərkəzi Bankda keçiriləcək hərrac öncəsi kommersiya banklarında Dolların alış və satış qiymətlərinin dünən ilə müqayisədə ciddi dəyişmədiyi müşahidə olunur. Dolların ən yüksək alış və ən aşağı satış qiymətləri ciddi dəyişməyib. "SİA" xəbər verir ki, dünən günorta saatılarında banklarda Dolların ən aşağı satış qiyməti 1.68 manatdan 1.6750 manata düşsə də, axşama yaxın yenidən 1.68 manata qalxdı. Bu gün səhər də Dolların ən aşağı satış qiyməti 1.68 manatdır.

Bu gün bəzi banklarda dolların alış və satış qiymətinin dəyişdiyi müşahidə olunur.

Bank of Baku alışı 1.66 manatdan 1.65 manata, satışı isə 1.7030 manatdan 1.69 manata, Bank Avrasiya alışı 1.6680 manatdan 1.66 manata endirib.

Yapı Kredi Bank Azərbaycan isə Dolların alış qiymətini 1.65 manatdan 1.6720 manata qaldırıb., satışı isə 1.71 manatdan 1.7050 manata endirib.

PAŞA Bank Dolların alış qiymətini 1.66 manatdan 1.6550 manata, satışı isə 1.7090 manatdan 1.7060 manata endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə