Dəmiryolu hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir AÇIQLAMA

Azərbaycan– Astara (İran) dəmir yolu xəttinin tikintisi və təkmilləşdirilməsi də iqtisadi əlaqələrin inkişafı üçün yaxşı başlanğıcdır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, bu dəmir yolu iki müsəlman və qonşu ölkə olan İran və Azərbaycanın vətəndaşlarının da rifahını artıracaq. Astara –Rəşt dəmir yolunun tikintisi sürətlə aparılır və bu layihənin icrası ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Birinci olaraq qeyd etmək istəyirəm ki, bu nəqliyyat maşrutunun istifadəyə verilməsindən sonra Bakıdan Naxçıvana birbaşa dəmir yolu açılacaq və vətəndaşlarımızın Naxçıvana getməklə bağlı qarşılaşdığı bütün çətinliklər geridə qalacaqdır. İkincisi isə İrandan və Asiya ölkələrindən Rusiya və Avropaya və əks istiqamətdə göndəriləcək yüklər Azərbaycan üzərindən həyata keçiriləcək. Çünki bu nəqliyyat dəhlizi vaxtın və xərclərin qənaətinə görə mövcud nəqliyyat dəhlizlərindən daha səmərəlidir. Ona görə də bu nəqliyyat maşrurutundan istifadə edənlərin sayı daha artacaq. Beləliklə ölkəmizdən keçən hər bir tranzit yük dövlət büdcəmizə gələcək əlavə gəlirdir. Üçüncüsü isə Azərbaycana gələcək yüklər də bir başa son ünvanına dəmir yolu vasitəsilə gəlməyinə imkan verəcək və bu da yük gətirənlər üçün iqtisadi cəhətdən sərfəli olacaq və yükdaşımaların sayı artacaq. Qeyd etmək istəyirəm ki, Astara –Rəşt dəmir yolu layihəsi Azərbaycan-İran arasında iqtisadi əlaqələrin inkişafına yeni bir təkan verəcək. Bu dəmiryolu hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə