Banklararası ticarətdə dollar bahalaşmaqda davam edir. SİA xəbər verir ki, "Bloomberg" terminalında dollar ötən gün 1.7097 manata qədər yüksəlib. Bu isə ABŞ valyutasının manatı qarşısında 1,92 % dəyər qazanması deməkdir. Bundan əvvəl dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırıb.
Qeyd edək ki, bu son 24 gündə ən yüksək məzənnədir. Belə ki, aprel ayının 4-dən etibarən terminal üzərində dollar kəskin düşməyə başlayıb.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB