İnvestisiya layihələrinin qəbulu başlanır

İnvestisiya layihələrinin qəbulu başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il aprelin 13-də Neftçala rayonunda işgüzar forum keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- süd emalı, meyvəqurutma, çörək və şirniyyat məhsulları, qablaşdırma materialı, bal emalı və qablaşdırılması, plastik qablar, polietilen paketlər, corab və təbii məhsullardan sabun istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə