Qazaxıstanın valyuta bazarı stabil olaraq qalır. Bu haqda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev bildirib. "Martın sonuna tengənin birja kursu 1 dollar üçün 313.73 tengə (1.7281 AZN) təşkil edib. Bu da o deməkdir ki, tengə ilin əvvəlindən 5.9% möhkəmlənib". Bundan başqa D.Akişev onu da bildirib ki, tengə ilə olan aktivlərə inam bərpa olunur, depozitlərin dollarlaşması azalır. Yanvar-fevral aylarında tengə ilə olan depozitlər 0.3%, xarici valyutada isə 11.5% azalıb.
Xatırladaq ki, Qazaxıstanda depozitlər üzrə faiz dərəcələri tam olaraq bazar iştirakçıları tərəfindən müəyyən edilir. Milli Bank onların tənzimlənməsini keçirmir, yalnız onun maksimum dəyərinə işarə edir – 14%.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB