Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcuddur.
Rus İcmasının üzvlərini təbrik edən SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin köməkçisi Sabit Mahmudov isə vurğulayıb ki, bu gün milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması Azərbaycan dövlətinin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir.
Azərbaycan Rus İcması sədrinin müavinləri Boris Voronin və Zenin Fedoroviç bildirib ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri var. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Çıxışlardan sonra Rus icmasının Nizami rayon şöbəsinin sədr seçkisi keçirildi. Yekdilliklə Rus icmasının Nizami rayon şöbəsinin sədr seçilən Vitaliy Kovalov diqqətə çatdırıb ki, yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir.
Tədbirdə çıxış edən Rus icmasının Nizami rayon şöbəsinin fəallarından Viktoriya Klimenko və başqaları onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra Nizami rayonunda yaşayan 200-dən artıq icma üzvünə bayram hədiyyələri verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB