Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) kapitallaşdırılması çərçivəsində Fonda dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib. SİA xəbər verirki, bu barədə jurnalistlərə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.
"Son nəticədə bu gün bizim kapitalımız 800 mln. manat hesab edilə bilər. Çünki istəniən vaxt həmin vekselləri nağd pula çevirə bilərik".
Fond eyni zamanda əmanətlərin kompensasiya edilməsi üçün ümumilikdə 545 mln. manat kredit alıb. "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə kompensasiya vermək üçün dövlətdən illik 0,15%-lə, 445 mln. manat borc alıb.
A.Cavadov bildirib ki, bundan əvvəl Fond "Texnibank" ASC-ın qorunan əmanətçilərinə kompensiya ödəmək üçün 22 mln. manat, eləcə də "Parabank", "Kredobank", "Zaminbank" və "Dekabank" ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün 100 mln. manat borc götürüb:
"Həmin 22 mln. manatı bu ilin yanvarında qaytardıq. Digər 545 mln. manat isə güzəşt müddətindədir. Həmin məbləğin 520 mln. manatını dövlət 10 il müddətinə faizsiz kreditə çevirib. Qalan 25 mln. manat isə illik 0,15%-lə Fondun üzərindədir. Bunun da ilk 5 ili ancaq faizlər qayratılacaq".
A.Cavadov onu da qeyd edib ki, ADİF-in kapitallaşdırılması çərçivəsində Fonda dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib:
"Son nəticədə bu gün bizim kapitalımız 800 mln. manat hesab edilə bilər. Çünki istəniən vaxt həmin vekselləri nağd pula çevirə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB