Deputat: “Ölkəmizə turistlərin axını güclənib” MÜNASİBƏT

Deputat: “Ölkəmizə turistlərin axını güclənib” MÜNASİBƏT

"Son illər sürətlə və böyük miqdarda turizm infrastrukturu yaradılıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yol infrastrukturunun yaradılması, hava limanlarının tikilməsi, otel və idman mərkəzlərinin tikilməsi xarici turistlərin marağını kəsb etməyə başlayıb: "Eyni zamanda, xarici media orqanlarında güclü təbliğatın aparılması, beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi 100 milyonlarla insana Azərbaycan reallıqlarını çatdırıb. Bununla belə ən mühümü, ölkəmizdə sabitliyin və təhlükəsizliyin hökm sürməsi xarici turistlərin Azərbaycanı seçməsində mühüm rol oynayır. Məhz bu səbəblərdən ölkəmizə turistlərin axını güclənib və fikrimcə daha da güclənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə