Rayon qeydiyyatında olanlar da sosial mənzil üçün müraciət edə bilərlər AÇIQLAMA

Rayon qeydiyyatında olanlar da sosial mənzil üçün müraciət edə bilərlər AÇIQLAMA

Son günlər həm sosial şəbəkədə ünvanlanan mesajlarda, həm də digər formada müraciətlərdə rayonlarda qeydiyyatda olanların Bakıda inşa edilən sosial mənzillərə müraciət etmək hüququnun olub-olmaması məsələsi müzakirə edilir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur və rayonda qeydiyyatda olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilər. Məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə o zaman burada heç bir məhdudiyyət olmayacaq. Güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq Bakıda inşa edilən mənzillərə müraciət edə bilər. Xatırladım ki, müraciətlər gələn ayın 1-dən başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə