Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib

Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2016-cı ilin hesabatı müzakirə edilib. SİA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən deputat Fərəc Quliyev qeyd edib ki, bu gün dövlət büdcəsindən oğurlanan pullar hesabına villalar tikilir hansı ki, bu villalar dövlət əmlakı sayılır: "Amma nədənsə bu villalar sökülür. Bununla biz dövlətdən oğurlanan pulları geri qaytarmaq əvəzinə, onları bir daha itimiş oluruq. Bu cür villaları sökməkdənsə, uşaq baxçası, məktəb, turizm obyekti kimi istifadə etmək olar".

Deputata Fəzail İbrahimli qeyd edib ki, hesabatda ən diqqət çəkən məqam xarici dövlətlərlə əlaqələrlə bağlıdır: "Beynəlxalq fəaliyyətlə bağlı müsbət rəy söyləmək olar.

Müzakirələrdə 10-dan çox deputat çıxış edərək, sənədlə bağlı müxtəlif təklif və tənqidlərini səsləndiriblər.

Sonda layihə səsə qoyularaq, qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə