"Yerli məhsullarda inhisarçı fəaliyyət aradan qaldırılmalıdır"
"Nə qədər ki "Beynəlxalq bankla" bağlı yeyintilər dövlət büdcəsinə geri qaytarılmayıb və nə qədər ki, banklarla vətəndaşlar arasında problemlər hələ də qalmaqdadır. Hesablama Palatasının işindən razı ola bilmərik". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Musatafa parlamentin bu günkü iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, elə sahələr var ki, orada dövlət büdcəsindən mənimsənən vəsaitlərin geri qaytarılmasında daha prinsipal mövqe nümayiş etdirilməlidir: "Bu gün ərzaqla bağlı problemlər var. İnsanlara müxtəlif heyvanların ətləri yedirdilir. Bunların qarşısının alınması üçün addımlar atılmalıdır. Ərzaqların qiymətlərinin baha olması da bu gün gündəmdə olan məsələlərdən biridir. Bu qiymətlər ayrı-ayrı inhisarda olanda problemlər daha da çoxalır. Hesablama Palatası yeganə qurumdur ki, nöqsanları üzə çıxarmaq imkanı var. Belə olan halda, Azərbaycanda yetişən məhsullarda inhisarçı fəaliyyət aradan qaldırılmalıdır. Hesabat peşəkar hazırlansa da, daha cəsarətli hesabatın ortaya qoyulmasına ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB