Sədaqət Vəliyeva: "Bu ilin ilk rübü Azərbaycan üçün uğurlu olub

Sədaqət Vəliyeva: "Bu ilin ilk rübü Azərbaycan üçün uğurlu olub

2017-ci ilin ilk rübü Azərbaycan üçün uğurlu olub. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, 2016-cı il çətin il olsa da, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyilə qarşısına qoyduğu vəzifələri yerinə yetirdi, mühüm vəzifələr həyata keçirildi, sistemli islahatlar reallaşdırıldı: "Məhz buna görədir ki, ilin ilk 3 ayı ərzində qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb".

Sədaqət Vəliyeva bildirib ki, dünyadakı böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının artması, nailiyyətlərin əldə olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu şəkildə və şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olub: "Birinci rübdə valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb və bu gün 38,5 milyard dollar təşkil edir. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracı isə təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. Ticarət dövriyyəsinin müsbət saldosu da 1 milyard dollar səviyyəsindədir. Birinci rübdə həmçinin, 85 min yeni iş yeri yaradılıb. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb ki, bu da iqtisadi inkişafın təzahürüdür. Bütün əldə olunan nailiyyətləri nəzərə alaraq deyə bilərəm ki, 2017-ci il də Azərbaycan üçün uğurlu il olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə