ABŞ-ın Əmək Nazirliyi statistik rəqəmləri açıqladı

ABŞ-ın Əmək Nazirliyi statistik rəqəmləri açıqladı

Qlobal bazarların səbirsizliklə gözlədiyi mühüm məlumatlar açıqlandı. ABŞ-ın Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq mart ayında 98 min artıb, işsizlik nisbəti 4.7%-dən 4.5%-ə geriləyib. Beləliklə, işsizlik nisbəti 2007-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enib. Gözlənti məşğulluğun 180 min artması, işsizlik nisbətinin 4.7% olması idi. Fevral ayı məşğulluq göstəricisi 235 mindən 219 minə dəyişdirilib. Orta saatlıq maaşlar bu dövrdə 0.2% ilə gözləntiyə paralel artıb. Maaşlarda illik artım da gözlənildiyi kimi 2.7% olub.

Məşğulluq mart ayında əvvəlki ilk 2 aya nisbətən düşmüş olsa da, bu vəziyyət normallaşma olaraq da görülə bilər. Sağlam məşğulluq görünüşü Fed rəsmilərinin mart ayında faiz artırmasına təsir göstərmişdi. Fed üzvləri bu il 2 faiz artırımı nəzərdə tutur.

Məlumatın açıqlanmasının ardınca dollar avro qarşısında bahalaşıb. Avro/dollar məzənnəsi 0,3% düşərək 1.0615 səviyyəsini görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə