Gürcüstanın daha 4 kanalı “Azerspace-1”də yayıma başlayıb

Gürcüstanın daha 4 kanalı “Azerspace-1”də yayıma başlayıb

Gürcüstanın dörd kanalı ("İmedi" TV, "GDS" TV, "Pirveli" TV və "Marneuli" TV) "Azerspace-1" peyki üzərindən yayıma başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən məlumata görə, "Azərkosmos" ASC ilə imzalanan kommersiya müqaviləsinə əsasən, kanallar 2017-ci ilin aprel ayından etibarən 11095/H/30000 tezliyi ilə yayımlanır.

Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə kifayət qədər izləyicisi olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə