Dövlət büdcəsi hesabına subsidiyalar verilir AÇIQLAMA

Dövlət büdcəsi hesabına subsidiyalar verilir AÇIQLAMA

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nomrəli qərarı ilə "Süni mayalanma yolu ilə alınmış hər buzova gorə subsidiyanın verilməsi Qaydası" təsdiq edilib. Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deib. Onun sözlərinə görə, həmin qayda ilə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurları müəyyən edilir. Qaydaya uyğun olaraq 2016-cı ilin oktyabr ayından heyvan sahiblərinə subsidiyanın verilməsinə başlanılıb. Belə ki, 2016-cı ildə 7449 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 8529 baş buzova ümumilikdə 852900 manat, 2017-ci ilin yanvar ayında isə 3729 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 4407 baş buzova ümumilikdə 440700 manat subsidiya verilib. Növbəti aylar üzrə isə subsidiya veriləcək heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı hal-hazırda müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə