Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
Ötən ay Fond tərəfindən valyuta hərraclarında 250 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Xatırladaq ki, ARDNF yanvar-fevral ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 3 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 784,4 mln. dollar təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB