“Brent”in qiyməti 53 dollar/barreli keçib

"Brent" markalı xam neftin bir barrelinin qiyməti 53 dolları ötüb.

SİA-nın verdiyi məlumata görə, hazırda "Brent" markalı neftin bir barreli Londonun ICE birjasında 53,45 dollara, "Layt" neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 50,59 dollara alıcı axtarır.

Analitiklərin fikrincə ötən həftə ABŞ-da neft ehtiyatlarında az səviyyədə artıma, həmçinin də benzin ehtiyatlarının azalmasına, eləcə də ölkədə qazma quyularının sayındakı artıma baxmayaraq Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) inamın artması neftin qiymətinin bahalaşmasını dəstəkləyir.

Bundan başqa, bu həftə ərzində OPEC tərəfindən neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə dair bəyanatların olması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə