Bu mexanizim bank sektorunun inkişafına təsir edirmi?

Bu mexanizim bank sektorunun inkişafına təsir edirmi?

Əvvəllər plastik karta pulun köçürülməsinin çox sadə, effektiv bir mexanizmi vardı. Bu sözləri SİA-ya açıqlamaında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

Onun sözlərinə görə, müştəri İnternet Bankinq vasitəsilə onlayn olaraq, banka getmədən öz cari hesabındakı pulu kart hesabına köçürürdü və proses bir anda başa çatırdı. Lakin indi karta pul yerləşdirmək üçün situasiya yəni ardıcıllıq belədir. Müştəri banka getməlidir, çek kitabçası vasitəsilə bankın kassasından cari hesabdakı pulunu nəğdləşdirərək götürməlidir, nəğd pulu banka geri qaytarıb verməlidir ki, kart hesabına köçürülsün, bundan sonra siz plastik kartınızdan istifadə edə bilərsiniz.

Bu da maliyyə-bank sektorunun ölkədə elektron ticarətin, rəqəmsal sahibkarlığın inkişafına fikrimcə elə də töhfə vermir. Bir yanda dövlət elektron ticarətin inkişafı üçün yeni portallar açır, yeni imkanlar yaradıldığı dövrdə hər hansı qurumun belə addımlar atması inkişafa mənfi cəhətdən təsir edə bilər. Hazırda Azərbaycanda elektron ticarətin dövriyyəsi 10-15 milyon manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə