BP və Azərbaycanın gələcək "beşillik" dövrü AÇIQLAMA

BP və Azərbaycanın gələcək "beşillik" dövrü AÇIQLAMA

"BP-Azerbaijan" şirkətinin prezidenti Qordon Birreli əvəz edəcək Qeri Cons aprelin ilk iş günündən işə başlayır. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, Birrel 54 aya yaxın Bakıda olmaqla Gürcüstan və Türkiyə layihələrinə rəhbərlik etdi: "BP-nin dünyadakı müxtəlif layihələrindən 50 nəfər qazmaçı gətirdi və hasilatın stabilləşdirilməsi proqramını SOCAR-ın müzakirəsinə çıxartdı. Bu elə də asan məsələ deyildi. BP şirkəti ACG-də hasilatı artırmağa nail ola bildi".

İlham Şaban qeyd edib ki, Mr.Consun rəhbərliyi altında BP ilə Azərbaycan hökuməti arasında bir-neçə çox mühüm müqavilənin imzalanması planlaşdırılır: "Bunların ən birincisi, "Azəri-Çıraq-Günəşli" üzrə yeni bir PSA müqavilənin 2050-ci ilədək imzalanmasıdır. Daha sonra BP-nin Abşeronun dayaz sularinda neft hasilati ile bagli yeni bir muqavilesi imzalana bilər. Bundan elavə BP SOCAR-la 2 qaz müqaviləsini də gerçəkləşdirə bilər. Bunlardan biri AÇG-nin dərin qatlarındakı qaz laylarının işlənməsi, digəri isə hazırda BP-nin kəşfiyyata hazırlaşdığı qaz strukturundakı işlərlə bağlıdır. Yəni bu baxımdan yaxın "beşillikdə" BP-nin Azərbaycan və regionda missiyası artan xətlə inkişaf etməlidir ki, bu da həm neft, həm qaz, həm də infrastruktur layihələrinin inkişafı ilə əlaqədar olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə